Finss.az xəbər verir ki, neft qiymətləri cümə günü axşam ucuzlaşır. ABŞ-da yay mövsümünün bitməsi ilə tələbin azalacağı gözləntiləri və Rusiya neftinin tədarükü ilə bağlı qeyri-müəyyənlik səbəbindən bazar ayı qırmızı ilə başa vurmağa hazırlaşır.
-
Brent (oktyabr fyuçersləri): 68,14$/barel, 0,48$ (0,7%) ucuzlaşma.
-
Brent (noyabr fyuçersləri): 67,45$/barel, 0,53$ (0,78%) azalma.
-
WTI (oktyabr fyuçersləri): 64,05$/barel, 0,55$ (0,85%) ucuzlaşma.
Treyderlərin diqqəti növbəti OPEC+ görüşünə yönəlir, çünki hasilat artımı və bazar paylarının bərpası qiymətləri təsir edə bilər. Bundan əlavə, Rusiya-Ukrayna münaqişəsi enerji bazarında qeyri-müəyyənlik yaratmağa davam edir.